Aygün Kazımovanı efirə buraxmayacaqlar?

31.07.2008 Yazını böyüt :       

Xazar.comMüğənninin efir geyimi və davranışı ilə bağlı Azərbaycanın Milli Teleradio Şurasına şikayət göndərilib.

 Aygün Kazımovanın aparıcı kimi geyim və efir davranışı ilə bağlı vətəndaşlar Prezident Aparatına şikayət ünvanlayıb. Bu barədə mətbuata açıqlama verən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, sözügedən məsələ ilə bağlı tərəfimizdən ölçü götürüləcək: "Məsələ ilə bağlı telekanalların rəhbərliyinə bildirəcəyik ki, kimliyindən asılı olmayaraq, hər kəs etika qaydalarına əməl etməlidir, əks halda o, efirə buraxılmayacaq. Eyni zamanda, efirdən söylənilən yalanlara görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək, bunun müqabilində aparıcı məhkəmə vasitəsi ilə cəzalandırılacaq". Aparıcının danışıqları, geyim mədəniyyəti, hərəkətləri, çıxışlarındakı ədəbsiz ifadalər və erotik səhnələr Teleradio Şurasının səlahiyyəti daxilində olduğunu deyən Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, onların səviyyəsinin aşağı olması isə telekanalın daxili işidir. Əvvəlcə suallarımızdan yayınmağa çalışan Aygün Kazımova bu barədə fikir bildirmək istəməsə də, sonradan danışmağa məcbur oldu: "Mən inanmıram ki, adi sakinlər mənim səhnə davranışıma və geyimlərimə görə öz etirazlarını bildirsinlər. Bu addımı yalnız mənimlə düşmən mövqeyində olan "müğənniciklər" ata bilər. Görürlər ki, Aygünün verilişi reytinq cədvəlində ön sıraları tutur, ona görə əl-ayağa düşüblər. Mən onlara sizin qəzet vasitəsilə çatdırmaq istəyirəm ki, Aygün müğənni kimi necə birincidirsə, aparıcı kimi də birincidir. Nə etsəniz, yenə də onun yoluna sədd çəkə bilməyəcəksiniz". Bəzi həmkarlarının onda qüsur tapmadığına görə başqa yollarla bostanına daş atdığını deyən müğənni əslində bunun kim olduğunu bilir. Lakin o, hələ ki, ad çəkmək istəmədi. Televiziya qayda-qanunlarına əməl etməyə gəlincə isə, müğənni bildirdi ki, "Xeyir ola" onsuz da on günlük tətilə çıxır. Bu müddət ərzində verilişin təkrarı gedəcək. Tətildən qayıtdıqdan sonra efir qaydalarına əməl etməyə çalışacaq.



Mənbə: Üç nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 706 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 18)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çirkin kişilər niyə daha cazibədardır?

Xazar NameKişilər hər vəziyyətdə "gözəl qadın" axtararkən, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq" üstünlüyünün arxasına gizləməyən kişiləri seçirlər. >>>

Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still

Xazar NameFantastik film klassikası halına gəlmiş "The Day the Earth Stood Still" yenidən ekranlaşdırıldı. >>>

Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər

Xazar NameQış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər