
Avqust ayının 8-də saat 21:00-da paytaxtdan 21 kilometr aralıda, dənizin kənarında, "AF Hotel-Aqua Park" ailəvi istirahət kompleksində Rusiya estradasının ulduzu Dima Bilanın konserti təşkil olunacaq. Bu konsertdə Dimanın ən populyar mahnıları səslənəcək. Konsertin biletlərini Novxanıda yerləşən "AF otel"dən və Rəşid Behbudov - 59-da yerləşən şəhər akvaparkından almaq olar. Bildirək ki, biletlərin qiyməti 40 manatdan 150 manata qədərdir.
Mənbə: Həftə içi