
Ekran ulduzu Leonardo di Kaprio rusiyalı kinematoqrafçılardan maraqlı təklif alıb. O, "Leninin beyni" filmində "proletariatın böyük dostu" roluna dəvət edilib. Rusiya KİV-nin məlumatına görə, çəkiləcək filmin ssenari müəllifi Aleksandr Borodyanski bildirib ki, di Kaprio hətta qrimsiz belə Vladimir İliç Leninin obrazını canlandıra bilər. Hazırda aktyorla danışıqlar aparılır. "Leninin beyni" filminin çəkilişi üçün 20 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Ssenariyə görə, alimlər XX əsrin sonunda Leninin oxşarını yaratmaq fikrinə düşürlər. Həmin şəxs 2024-cü ildə ABŞ-da sosial inqilab edir...
Yazdı: Samirə ( Həftə içi )