Şou-biznesin lesbiyan müğənnisi kimdir?

8.08.2008 Yazını böyüt :       

Xazar.comHəmin sənətçi prodüsser rəfiqəsi ilə uzun müddət "ər-arvad" kimi yaşayıb.

Dünyanın qəribə işləri var. Bu günlərdə Hollivud aktrisası Lindsey Lohan öz rəfiqəsinə ərə gedib. Uzun müddətdir birgə yaşayan sevgili qızlar nəhayət, ilişgilərini rəsmiləşdiriblər. İndi də bal ayını harada keçirəcəkləri ilə bağlı düşünürlər.

Hazırda dünyanın bir çox ölkələrində eynicinsli insanların nikaha girməsi qanuniləşdirilib. Hətta dünya şou-biznesində bu hal artıq normal qəbul olunub. Yəni əcənbi sənətçilər eyni cinsin nümayəndəsi ilə sevişə, hətta ailə həyatı qura bilərlər. Dünyanın ən tanınmış homoseksual cütlüyü isə müğənni Elton Conla prodüsseri Devid Fernişdir. Bu cütlük düz 12 il «vətəndaş nikahı»nda yaşadıqdan sonra 2005-ci ildə qanuni yolla evləniblər. Bu arada bildirək ki, Eltonla həyat yoldaşı Devid, Böyük Britaniyada eyni cinsdən olan ilk evlənənlərdir. Bu günlərdə dünyaya əkiz uşaq gətirən populyar Hollivud aktrisası Ancelina Coli də vaxtilə lesbiyan olub. Hər zaman eyni cinsin nümayəndələri ilə oturub-duran aktrisa, həmkarı Bred Pitə rast gəldikdən sonra pis vərdişindən əl çəkib. Məhhəbbətin qüdrətinə bax!..
Bəs görəsən, bizdə vəziyyət necədir? Yerli şou-biznesdə cinsi orientasiyasını dəyişməsi ilə bağlı səmimi etiraf edən hələ ki, yeganə şəxs qalmaqallı prodüsser Tolikdir. Yerdə qalanlar isə başqa «mənsəbə» qulluq etsələr belə, bunu ciddi-cəhdlə gizlədirlər. Şou-biznesin müxtəlif kluarlarında dolaşan dedi-qodulara inansaq, belə nəticəyə gəlmək olar ki, kişi ifaçıların əksəriyyəti «mavi»dir. Tolik bir müddət öncə müğənni Kərimlə savaşanda, ona «mavi» demişdi. Xuraman Şuşalı ilə Rəhim Rəhimlinin qalmaqalında Xuraman həmkarını cinsi orientasiyasını dəyişməkdə suçlamışdı. Fikir vermisinizsə, şou-biznesdəki kişi müğənnilərinin əksəriyyəti metroseksualdır. Yəni özünə həddən artıq bəzək-düzək verən: qulağına sırğa taxıb, üzünə ənlik-kirşan çəkən… Kimdir onlar? Əlbəttə ki, suala cavab tapmaq bir o qədər də çətin deyil. Yetər ki, efirdə nümayiş olunan maqazin proqramlarına baxasan, o zaman sırğa taxan kişi müğənnilərin kim olduğu bəlli olacaq. Maraqlıdır ki, şou-biznesdə «çəhrayı» sənətçilər də var. Onların arasında ən populyarı isə bu yaxınlarda qız anası olan əməkdar artistimizdir. Deyilənlərə görə, guya həmin sənətçi xanım bir dəfə ailə qurub boşandıqdan sonra prodüsser rəfiqəsi ilə uzun müddət «ər-arvad» kimi yaşayıb. Sonradan bəxti üzünə gülən sənətçi xanım növbəti dəfə ərə gedib, amma əks cinsin nümayəndəsinə!.. Hazırda o, keçmiş lesbiyan sevgilisi ilə ilişgilərini yaxın rəfiqə müstəvisində davam etdirir. Bu arada xatırladaq ki, Tolik bir müddət öncə açıqlama vermişdi ki, atası onu evləndirmək istəyir. Amma hansı cinsin nümayəndəsinə? Bax bu, hələ də sual altındadır…



Mənbə: Bizim yol

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1252 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 23)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çirkin kişilər niyə daha cazibədardır?

Xazar NameKişilər hər vəziyyətdə "gözəl qadın" axtararkən, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq" üstünlüyünün arxasına gizləməyən kişiləri seçirlər. >>>

Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still

Xazar NameFantastik film klassikası halına gəlmiş "The Day the Earth Stood Still" yenidən ekranlaşdırıldı. >>>

Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər

Xazar NameQış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər