"Gombullar" adlı yeni şou proqram hazırlanır
15.08.2008 Yazını böyüt :
Şoumen Murad Dadaşov tamaşaçılara yeni serial təqdim edəcək. Özü də bir yox, ikisini.Hər zaman komik obrazlarda gördüyümüz şoumenin çəkəcəyi seriallardan biri dramatik janrda olacaq. O, bildirdi ki, rəhbərlik etdiyi "M-group prodaktion"la bundan sonra ancaq filmlər, seriallar çəkməyi düşünür: "İlk addımımı serial çəkməklə atacağam. Bunlardan biri dramatik, digəri isə komediya janrında olacaq. Hazırda dramatik janrda olan serial üzərində işləyirəm. Məni ən çox bu film maraqlandırır. Türkiyənin "Cinema yapım" şirkətinin nümayəndələri ilə danışıq aparırıq. Yaradıcı heyət qrup şəklindədir. Burada Türkiyədən, Fransadan, Rusiyadan, Azərbaycandan işçilər olacaq. Filmin məsləhətçiləri və nəzarətçiləri fransızlardır. Artıq çəkilişlərə başlamışıq". Maraqlısı odur ki, serialda çəkilmək üçün əsasən qeyri-peşəkarlara müraciət ediləcək. Bunun isə səbəbini Murad Dadaşov tanınmış aktyorların iştirakının böyük sərmayə tələb etməsi ilə əsaslandırdı. Lakin o, serialın bütün iştirakçılarının adını açıqlamaqdan hələ ki, boyun qaçırsa da, filmdə rol alan əsas qəhrəmanın məşhur sənət adamı, xalq artisti Mübariz Tağıyev olduğunu söylədi. Sözügedən filmdə rol almayan şoumenin özü isə layihənin rəhbəri qismində göstəriləcək: "Əgər mənə uyğun kiçik bir obraz olsa, canlandıraram. Onu da deyim ki, mənim seriallarım son vaxtlar meydana çıxan uğursuz filmlərə bənzəməyəcək" deyə o, əlavə etdi. Daha çox realiti-şouların aparıcısı və müəllifi kimi tanıdığımız Murad Dadaşov bundan sonra realiti-şoulara az yer ayıracaq. Lakin buna baxmayaraq, onun sözlərinə görə, veriliş üçün ona çoxlu təkliflər gəlir. Yaxın vaxtlarda "Gombullar" adlı şou hazırlamaq fikrində olan Murad bu barədə məlumat verərək qeyd etdi ki, şounun adı gülməli və məzəli olsa da, bu, əyləncəli layihə deyil, böyük tibbi, sosial bir proqramdır. Verilişin nə zaman efirə çıxacağı isə məlum deyil. O, bəzi səbəblərdən proqramın gecikdiyini qeyd etdi.
Mənbə: Üç nöqtə
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çirkin kişilər niyə daha cazibədardır?
Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still
Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

