Madonnanın ailəsi artır
15.08.2008 Yazını böyüt :
Dünya şöhrətli Madonna Qay Riççi ilə münasibətləri qorumaq naminəmi, ya öz 50 illik yubileyinə hədiyyə etmək məqsədiyləmi, növbəti "övladlığa götürmə mərasimini" reallaşdırıb. Tezliklə pop-ulduzun övladlığa götürdüyü oğlunun bacısı olacaq. Özü də qızcığazın da oğlan kimi Afrika qitəsindən olacağı söylənilir. Kinorejissorla Madonna arasında uzun müddət sürən qalmaqalı nəhayət ki, həllini tapıb və cütlük ailəni genişləndirmək fikrinə düşüb. Malavidə dünyaya göz açan uşağın ölkədən çıxarılması böyük problemlərlə üzləşib. Uzun sürən çalışmalardan sonra, nəhayət ki, tələb edilən bütün sənədləri toplamaq mümkün olub. İki yaşlı Mersini Malavidən Amerikaya köçürməyə əsas əngəl isə qızın 60 yaşlı nənəsi olub. O, sevimli nəvəsi ilə ayrılmaq istəməyib. Lakin qadını inandırıblar ki, Mersinin 18 yaşı tamam olandan sonra o yenidən vətəninə qayıtmaq hüququ əldə edəcək. Nənə o vaxta qədər sağ qalmayacağını desə də, hər halda nəvəsinin daha firavan yaşamasına razılıq verib.Mənbə: Həftə içi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çirkin kişilər niyə daha cazibədardır?
Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still
Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

