Natəvan Həbibi "Bax belə"dən uzaqlaşdırılıb?

15.08.2008 Yazını böyüt :       
Xazar.comMüğənni bu barədə deyilənlərə aydınlıq gətirdi.
"Lider" telekanalının "Biz sizə göstərərik" devizi altında bir çox tanınmış sənətçilər veriliş aparır. Bunlardan da biri populyar müğənni Natəvan Həbibinin "Bax belə" şou maqazin verilişidir. Mətbuatda yayılan məlumata görə, müğənni adıçəkilən telekanalda aparıcılıq etdiyi verilişdən uzaqlaşdırılıb. Ona görə də onu ana olmağa hazırlaşan gürcü qızı Manana əvəz edir. Buna səbəb isə Natəvanın işinə məsuliyyətsiz yanaşması olub. Çəkilişlərə vaxtlı-vaxtında gəlməyən Natəvan Həbibi verilişin rəhbərini əməlli-başlı əsəbiləşdirib. Məsələyə aydınlıq gətirmək üçün müğənninin özü ilə əlaqə saxlasaq da, o deyilənləri inkar etdi və bildirdi ki, telekanalla aralarında heç bir narazılıq yaranmayıb, hər şey öz qaydasındadır: "Sadəcə olaraq, "Biz sizə göstərərik" devizi altında reallaşan layihələrin yayım müddəti ya az olur, ya da aparıcı tez-tez dəyişir. Şərtlər əsasında da mənə həvalə olunan vaxta qədər verilişi aparmışam". Bundan başqa, öz işlərinə vaxt ayıra bilməyən müğənni qarşıda onun yaradıcılıqla bağlı işlərinin olduğunu söylədi. Həm klip çəkilişləri, həm də yeni mahnılar yazdırmalı olduğunu deyən Natəvanın sözlərinə görə, aparıcılıqla əlaqədar olaraq öz planlarını həyata keçirə bilmirdi.



Mənbə: Üç nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 335 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çirkin kişilər niyə daha cazibədardır?

Xazar NameKişilər hər vəziyyətdə "gözəl qadın" axtararkən, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq" üstünlüyünün arxasına gizləməyən kişiləri seçirlər. >>>

Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still

Xazar NameFantastik film klassikası halına gəlmiş "The Day the Earth Stood Still" yenidən ekranlaşdırıldı. >>>

Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər

Xazar NameQış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər