"Şəkillərimdə erotika yox, gözəllik axtarın" - FOTO XƏBƏR
19.08.2008 Yazını böyüt :
Brilliant Dadaşova çılpaq fotolarından danışdı.
Yarıçılpaq şəkilləri ilə yenidən gündəmə gələn əməkdar artist Brilliant Dadaşovanı yaraşıqlı əndamına görə Türkiyədə «gözəllik ilahəsi» adlandırırlar.
Müğənni isə təzə şəkillərinin yerli mətbuat və İnternet səhifələrinə necə yol açdığını özü də bilmir: «Mənim şəkillərimi həddən artıq açıq-saçıq hesab edən insanları savadsız hesab edirəm. Onlar məni soyunmaqda günahlandırırlar, özlərinin modadan xəbərləri belə yoxdur. Sadəcə, mən ən son dəbdə olan gecə geyimlərini nümayiş etdirmişəm. Şəkillərin bəziləri seçilərək təzə albomuma daxil edilib. Qalanları isə mənim şəxsi albomum üçün nəzərdə tutulmuşdu. Onların necə mətbuatın əlinə keçdiyini bilmirəm». Müğənni çılpaq şəkilləri ilə gündəmə gəlməsi fikri ilə razı deyil: «Mən 23 illik yaradıcılıq dövrümdə hər zaman diqqət mərkəzində olmuşam. İstəmirəm ki, adım xoşagəlməz qalmaqallarda hallansın. Şəkillərimdə erotika yox, gözəllik axtarın».
MÜĞƏNNİNİN FOTOLARINA BAXIN!
Mənbə: Bizim yol
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

