Məleykə Əsədova ilə Vəfa Zeynalova savaşdı
19.08.2008 Yazını böyüt :
Aktrisalar bir-birini qeyri-peşəkarlıqda suçladılar.
Şou-biznes aləmində olduğu kimi, incəsənətin digər sahələrində də zaman-zaman qalmaqallar baş verir. Teatrda baş verən söz-söhbətlər isə əksər hallarda səhnə arxasında qalır.
Bu dəfə Akademik Milli Dram Teatrının aktrisaları – xalq artisti Məleykə Əsədova ilə Vəfa Zeynalova döyüş meydanında üz-üzə gəldi. Bir-birini qeyri-peşəkarlıqda günahlandıran aktrisalar, «mənəm-mənəm» deyərək sinələrinə döyüdülər. Başlayaq Vəfa Zeynalovadan. Bu xanım televiziya tamaşalarında və çalışdığı teatrda bir sıra obrazlar yaradıb. V.Zeynaolovanın aktrisa kimi perspektivini bir kənara qoyub gələk, mətləb üstə. Deməli, V.Zeynalova düşünür ki, Məleykə Əsədovanın səsi yoxdur. Aktrisalığını isə bir o qədər də bəyənmir. Məleykə Əsədova isə düşünür ki, Vəfanın onun haqqında fikir söyləməsi çox tezdir: «Mən sənətə gələn gündən baş rolları oynamışam, teleseriallara çəkilmişəm. Bəs Vəfa nə edib? Onun mənim haqqımda nəsə söyləməsi gülüncdür. Səsimə gəlincə, mənim ifamı bəyənənlər çoxdur, mən Vəfanın fikrini heçə sayıram».
Mənbə: Bizim yol
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

