"Rəqsanə mənə ilişməklə özünü reklam edir"
19.08.2008 Yazını böyüt :
Nadir Qafarzadə: "Onun kimi səviyyəsiz insana cavab verməyəcəm".
Rəqsanə ilə Nadir Qafarzadənin arasında yaranan savaş daha da alovlanır. Mətbuata müsahibəsində N.Qafarzadəni təhqir edən Rəqsanəyə qarşı tərəfdən cavab gəlib.
Nadir Qafarzadə bizimlə söhbətində Rəqsanəni səviyyəsiz adlandırdı: «Uşaq doğdu, alınmadı, yalan danışdı, yenə bir qalmaqal çıxmadı. Axırda mənim adımdan istifadə edib, özünü reklam etmək qərarına gəldi. Rəqsanə mənə ilişir ki, qalmaqal olsun. Amma mən onun kimi səviyyəsiz insana cavab verməyəcəm».
Yaradıcılığından söz açan N.Qafarzadə, gələn ay təzə klip çəkdirəcəyini dilə gətirdi: «Havalar isti keçdiyindən, həm dincəlirəm, həm də toylara gedirəm. İnşallah, havalar sərinləşən kimi yeni mahnılar yazdıracağam».
Mənbə: Bizim yol
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

