Otaq spreylərinə, qoxulu tüstü və şamlara diqqət edin...

7.12.2008 Yazını böyüt :       

Xazar.comOtaqda “xoş hava” yaratmaq üçün istifadə edilən otaq qoxuları əslində səhhətimizin düşmənidir.

Onların tərkibindəki propan, butan və izobutan kimi kimyəvi qazlar ziyanlıdır. Otaq spreylərindən havaya yayılan və gözlə görünməyən kiçik zərrəciklər nəfəs aldıqda ağciyərə gedir.
Qoxuverici məhsullar nəfəs yollarının daralması (təngnəfəslik), burun tutulması, öskürək, astma, qaşıntı, səpgi, ürəkbulanma, göz quruması, cütgörmə, başağrısı, başgicəllənməsi və s. kimi problemlərə səbəb olur. Bu mənada qoxulu şamların və tüstülərin zərəri daha çoxdur. Otaqda “xoş hava” yaratmaq üçün istifadə edilən otaq qoxuları əslində səhhətimizin düşmənidir. Onların tərkibindəki propan, butan və izobutan kimi kimyəvi qazlar ziyanlıdır. Otaq spreylərindən havaya yayılan və gözlə görünməyən kiçik zərrəciklər nəfəs aldıqda ağciyərə gedir. Əsasən astma xəstəliyi olanlarda bu qazlar nəfəs yollarına və sinir sisteminə mənfi təsir göstərir.
Otaq dezodorantları ilə yanaşı, naftalin də zərərli təsirə malikdir. Onun tərkibindəki paradixlorobenzen maddəsinin xərçəng xəstəliyinə yol açma ehtimalı olduğu bildirilir. Limon, portağal qoxusu verən limonen təngnəfəsliyə, gözlərdə və burunda allergiyaya səbəb olur. Bu maddə təkcə hava yolu ilə burun və gözləri acışdırmır, eyni zamanda qaraciyərin funksiyasının pozulmasına da gətirib çıxarır. Otaq spreyləri havada asılı qalmayıb yerə, xalı və ev əşyalarının üzərinə çökür. İməkləyən və ya yerdə oynayan körpələr əllərini ağızlarına apardıqda ağız yolu ilə həmin maddələri udmuş olurlar.
Qoxulu şamlar yandıqda havaya asetaldehit, formaldehid, naftalin kimi kimyəvi maddələr yayır. Şamdan yayılan zərərli maddələr xərçəng xəstəliyi və sinir sistemi pozğunluğuna, uşaqlarda yaddaş zəifliyinə səbəb olur.

Qurudulmuş qoxulu çiçəkləri də evinizdə saxlamayın

Qurudularaq torba və ya qablarda saxlanılan çiçək və yarpaqlar olan potpurilərin nisbətən təhlükəsiz olmasına baxmayaraq, paradixlorobenzen əmələ gətirdiyi və bu maddənin böcəköldürücü və xərçəng xəstəliyi törətmək ehtimalı olduğu bildirilir.
Qısası, adıçəkilən və çəkilməyən qoxuverici məhsullar orqanizmdə ağır fəsadlarla nəticələnir ki, bu da sağlamlığa zərbə vuran amillərdən biridir.


Yazdı: Yeganə Məmmədova

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Zaman

Oxunub: 749 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər