Südə edilən müdaxilələr ölümə də səbəb olur
7.12.2008 Yazını böyüt :
Südün rəngi göyəribsə, yaxud qoxusu kəskinləşibsə, deməli, xarab olub. Lakin südə su qarışdırdıqda rəngi açılır, qoxusu və dadı dəyişir.
Süd və süd məhsulları sağlamlıq üçün faydalı olan vitamin və minerallarla zəngindir. Böyümə və inkişaf üçün süd olduqca gərəkli məhsuldur. Lakin süd və süd məhsulları alarkən diqqətli olmaq lazımdır. Çünki bu məhsula edilən müdaxilələr zəhərlənmələrə, hətta ölümə belə səbəb olur. Südə əsasən hansı müdaxilələr edilir?
1. Südün daha yağlı görünməsi üçün içinə un və nişasta qatılır.
2. Bakteriyaların fəaliyyətinin qarşısını almaq üçün formaldehid, hidrogen peroksid kimi bakteriyaöldürücü xüsusiyyətlərə malik maddələr qatılır. Bu maddələr zərərli bakteriyaları məhv etməklə yanaşı, yararlı olanları da öldürür.
3. Uzun müddət qalsın deyə, südü çox bişirirlər.
Əgər südün rəngi göyəribsə, yaxud qoxusu kəskinləşibsə, deməli, xarab olub. Lakin südə su qarışdırdıqda rəngi açılır, qoxusu və dadı dəyişir.
Həmişə pasterizə edilmiş gündəlik süd alın. Şüşə bankada olan gündəlik südlərdə orqanizm üçün faydalı olan bakteriyalar var. Paketdə süd alarkən ən çox paketin şişib-şişməməsinə diqqət yetirin. Əgər paket şişibsə, deməli, hava dolub, həmçinin paketdəki bu şişmə mikroorqanizmlərin əmələ gəlməsindən xəbər verir.
Yazdı: Yeganə Məmmədova
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

