Çox arvadlı kişilər daha uzun yaşayır

9.01.2009 Yazını böyüt :       

Xazar.comKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır.
İngilis "Daily Mail" qəzetində yazılan bir xəbərə görə, poligam mədəniyyətlərdə yaşayan kişilər, tək qadına bağlı qalınan kişilərdən %12 daha uzun yaşayırlar. "New Scientist" jurnalında nümayiş olunan araşdırma nəticələrinə söykənilən xəbərdə "baxılması lazım olan daha geniş bir ailəyə" sahib olan kişilər daha uzun həyat şansına sahib olur.

"Sheffield Universiteti" araşdırmaçıları; "Dünya Sağlamlıq Təşkilatı" (WHO) məlumatlarına söykənərək evlilik tərzləri və həyat müddətləri arasındakı korelasyanı ortaya çıxardı. Çıxan nəticə feministləri son dərəcə hirsləndirəcək kimi görünür: Birdən çox qadınla evliliyin qanuni olduğu ölkələrdəki kişilər, tək  həyat yoldaşla yaşayan kişilərlə müqayisədə daha uzun həyat müddətlərinə sahib olurlar.

Şərq ölkələriylə Qərb ölkələri arasındakı həyat standartı və sağlam həyat şərtlərinin çox fərqli olması səbəbiylə, söz mövzusu araşdırma hər bir ölkənin həyat şərtlərini ayrı parametrlər daxilində qiymətləndirdi. Çox yoldaşlı kişilərin daha uzun müddət həyatalarının təməl səbəbinin; geniş ailəyə sahib kişilərin bu ailəyə baxa bilmək üçün özlərinə və sağlamlıqlarına daha diqqət yetirdikləri irəli sürülür.

"Bath Spa" Universitesindən Psixoloq Dr. Lance Workman çox yoldaşlılığın qəbul gördüyü cəmiyyətlərdəki kişilərin daha çətinlikli bir ictimai rəqabət mühitində yaşadıqlarını və bu müddətin ‘sağlam olmayan' kişiləri ictimai bir təkamül müddətində əritdiyini irəli sürür. Buna görə, söz mövzusu ictimai nizam içində yaşayan kişilər nəsillər içərisində daha sağlam və dayanıqlı olurlar.

Subay kişilərin evli kişilərə görə ortalama olaraq daha qısa həyat müddətinə sahib olduqları bilinirdi. Buna təməl səbəb olaraq isə ‘nizamlı həyat' və ‘qadının kişiyə yaxşı baxmasının' rolu olduğu düşünülməkdə idi. Eyni parametrlər, çox yoldaşlı kişilər üçün daha da müsbət bir şəkildə funksiyaya sahibdir deyəsən.

"Amerikadakı Cornell" Universitetindən antropoloq Chris Wilson, xüsusilə primitiv çağlarda çox sayda qadınla birlikdə yaşamağın bir kişinin həyatını çox asanlaşdırdığının vurğulayır. "Birarvadlı yaşayan kişilər isə dul qaldıqlarında onlara baxacaq kimsə olmadığı üçün uzun müddət yaşamırlar. Amma çox yoldaşlı bir kişinin ‘dul qalma' kimi bir qorxusu da olmaz çünki ona baxacaq hər vaxt birdən çox qadın olacaq" deyən Dr. Wilson, indiki vaxtda da çox həyat yoldaşlı kişilərin daha uzun həyat müddətinə sahib olmasının özünü heç təəccübləndirmədiyini söyləyir.

Yazdı: Səbinə (xüsusi  www.Xazar.name   üçün)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Xazar.name

Oxunub: 908 dəfə Çap variantı
Reyting: Reyting: 3 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər