Eşqbazlıq edərkən diqqətli olun!

28.01.2009 Yazını böyüt :       

Xazar.comBİR ARAŞDIRMAYA GÖRƏ SEKS ZAMANI İNFARKTA BAĞLI ÖLÜMLƏRİN ÇOXU, EŞQBAZLIQ EDƏRKƏN REALLAŞIR.

Həyat yoldaşıyla seks edərkən adamın ürək sürəti dəqiqədə 100ün altında qalarkən bu rəqəm, xəyanətlər zamanı 130a çıxır..

Seks etmənin bir növ orta səviyyədə məşq olduğunu söyləyən Dos. Dr. Özgən Doğan, bir araşdırmaya görə həftədə iki dəfə seks edənlərin həftədə bir dəfə edənlərə nisbətən 50% daha az infarkt keçirdiyini söylədi. Ancaq Dos. Dr. Doğan`ın burada əhəmiyyətli bir xəbərdarlığı və tövsiyəsi var: "Seks nizamlı birlikdəlik yaşadığınız adamla edilməlidir. Eşqbazlıq isə faydadan çox zərər gətirir!"
New York Presbyterian və Long Island College xəstəxanaları kardiyologu Kolumbiya Universitetindən Prof. Dr. Özgən Doğan, sərtləşmə itkisi kimi bəzi cinsi funksiya pozuqluqlarının ürək xəstəliyinin xəbərçisi ola biləcəyinə də diqqət çəkir. Doğan, ürək sağlamlığı və cinsi həyat arasındakı əlaqəylə bağlı sualları cavablayıb.

Seksin ürək sağlamlığına müsbət təsirləri varmı?
Bəli var. Seks bir növ orta səviyyədə məşqdir. Galler`də edilən bir araşdırma, həftədə iki dəfə seks edən insanların həftədə bir dəfə seks edənlərə nisbətlə yüzdə 50 daha az infarkt keçirdiyini ortaya çıxardı. Xüsusilə nizamlı bir-birlikdəlik yaşadığınız adamla seks etmənizi tövsiyə edirəm.

Eşqbazlıqlar(xəyanətlər) ürəyə necə təsir edir?
Yaponiyada bununla əlaqədar maraqlı bir araşdırma edildi. Partnerinizle seks etdiyiniz zaman ürək sürətiniz 100ün altında qalır. Sevgilinizlə etdiyiniz zaman nəbz dəqiqədə 130 atmağa başlayır. Günahkarlıq duyğusu və yeni bir insanı kəşf etmə ehtiyacı adamda həddindən artıq həyəcan yaradır. Seks sırasındakı ani ürək böhranlarına bağlı ölümlərin yüzdə 80i eşqbazlıq edərkən reallaşır.

Niyə damar sərtliyi kişidə cinsi problemlərə gətirib çıxarır?
Ereksiya və ya kişilik cinsi orqanın sərtləşməsi, penise gələn qanın süngər kimi əmilib burada qalmasıyla reallaşar. Nəticədə penise sərtləşməmiş damarlardan nə qədər çox qan gəlirsə o qədər sağlam ereksiyon təmin edilər.

Sərtləşmə itkisinin səbəbləriylə ürək xəstəliyinin səbəbləri bir-birinə bənzəyirmi?
Bənzəmir, çünki eynidir. İkisi də eyni xəstəlikdən qaynaqlanır, yəni damar xəstəliyindən. Səbəbləri isə şəkər xəstəliyi, siqaret və yüksək təzyiqdir. Sərtləşmə problemlərinin yüzdə 80i fiziki səbəblərə bağlıdır. Ürək xəstələrinin yüzdə 34ü irəli dərəcədə cinsi problemlər yaşamaqdadır.

Ürək xəstəsi olub seks etməyə çəkinənlərə nə təklif edərsiniz?
Əgər ürək xəstəliyi olan adam, iki mərtəbə pilləkanı nəfəs darlığı və sinə ağrısı olmadan çıxa bilirsə seks etməsində bir qorxu yoxdur. Əks halda həkimə görünməkdə fayda var.

Ürək xəstəliyimi yoxsa cinsi funksiya pozuqluğumu daha əvvəl ortaya çıxar?
Son zamanlarda edilən araşdırmalar cinsi problemlərin ümumiyyətlə ürək xəstəliyindən iki ya da üç il əvvəl ortaya çıxdığını təyin etmişdir. Yəni iqtidarsızlıq problemi varsa, ürək xəstəliyi iki və ya üç il içərisində baş göstərə bilər. Bir an əvvəl tədbir almaq lazımdır.

Yazdı: Səbinə (xüsusi   www.Xazar.name     üçün)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Xazar.name

Oxunub: 1644 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 14)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər