Sən çox yaxşı bir insansan amma səninlə olmaz... Səni yalnız dost olaraq sevirəm...
28.02.2009 Yazını böyüt :
Siz əslində son dərəcə centlmen və düzgün bir insansınız amma o qız sizi deyil, o biri xaraktersiz adamı seçdi.
Xazarnamə jurnalının oxucuları üçü, Psixoloq April Masini gənc cütlüklər üçün tövsüyyələrindən bəzi ipucları hazırladıq. Budur: "Yaxşı bir insan" olmaq yaxşı bir əlaqə yaşamağa kifayət deyil.
Bu duyğunu kişilər yaxşı bilər: Siz əslində son dərəcə centlmen və düzgün bir insansınız. Yaraşıqlı və nəzakətli olduğunuzu söyləməyə heç ehtiyac yoxdur. Amma həftələrdir arxasında qaçdığınız o qız sizi deyil də o biri tipsiz və yalançı adamı seçdi.
Niyə? deyə soruşduğunuzda isə belə bir cavab alarsınız: "Sən çox yaxşı birisən amma mən səni dost olaraq sevirəm.."
Yəqin ki, "Tanrım bu qadınlar nə qədər də qəribədir?" deyə düşündünüz. Dürüst və nəzakətli bir kişi istədiklərini söyləyirlər, sonra da ən əlaqəsiz tipləri seçirlər. Əlaqələrinin həmişə hüsranla nəticələnməsinə təəccüb etməlimi?
"İndi hazır olun, çünki eşitməkdən çox da zövq almayacağınızz bəzi sirləri bir qadının ağızından eşitmək üzrəsiniz..." deyən mütəxəsis April Masini mövzunu belə açıqlayır:
Birincisi sizin "centlmen" bir adam olmanız qadınların gözündə darıxdırıcı və adi biri olacağınız mənasını verir. Lüğətə baxsanızın, bu sözün mənasnı belə görərsiniz: uyğun, sakit və təmin edici. Yəni heç sıradışı bir tip deyilsiniz, həyəcan verici heç deyilsiniz və .. təəssüf ki, seksual deyilsiniz. Çünki "centlmen" adamların "seksual" olmaları çox da rast gəlinən bir hal deyil.
Amma bir qadının "ən yaxın" dostı olaraq, çiyininə söykənəcəyi və digər kişilərin haqqında danışa biləcəyi bir dost ehtiyacı da vardır və şansa baxın ki bu dostların da "centlmen" bir kişi olmalarını istəyirlər.
Bu cür "centlmen" adamlar qadına çox da həyəcan vermir. O zaman da "kimyəvi reaksiya" tutmur. Lütfən səhv anlamayın: qadınlara səhv davranmırsınız. Hörmətsizlik filan da etmirsiniz. Amma xoşlandığınız qadın sizə "Çox xoş bir insansan amma.." deyirsə, özünüzə bir az daha çox hörmət etməniz lazım olan bir vəziyyətdəsiniz deməkdir.
Belə açıqlayaq: "Qadına çox da əhəmiyyət verməyən eqoist adam, nə üçün ən sonunda qadını əldə edən adam olur?" Cavab çox sadədir: "centlmen" dost çox tez bir zamanda gələcək və qadını təsəlli edəcək ona görə. Qadına əlaqə göstərib onun nazıyla oynayacaq bir kişini əl altında saxlamağı hər bir qadın istəyirr. Fədakar və etibarlı bir dost olaraq ondan yaxşısı ola bilməz onsuz da.
Sadəcə olaraq qadının etibarını qazanmaq və ona nəzakətli davranmaq üçün yəni "centlmen bir adam" ola bilmək üçün səy sərf edən kişinin, qadının gözündə "özünə etibarsız, ümidsiz və qadının marağına möhtac" bir görünüş verdiyini bütün qadınlar bilir, amma heç biri bunu üzünüzə söyləməyəcək. Çünki "xoş və fədakar" bir dostu itirməyi kim istər ki? Və bu yazıq adamın ona qarşı olunan hörmətdən daha çoxunu qadından görməsi gözlənilməzdir.
Qadınlar əsas olaraq "özünə güvənən" bir partner axtarışı içindədirlər. İnsanın təbiəti belədir: bir şeyi əldə etmək üçün nə qədər çox səy göstərsək ona o qədər çox dəyər veririk. Avara uşağın "xoş uşaq qarşısındakı üstünlüyü də burada yatır : O özünə etibarlı və pərvazsız olduğu üçün qadın onun marağını cəlb etmək istəyirr. Diqqətini onsuz da qadına yönəltmiş olan "centlmen" uşağın bu rəqabətdə şansı yoxdur.
Və "centlmen" uşaq olmaqdan bezib, bir az da "pərvazsız" adam rolunu oynayaraq qadınlar qarşısında şansını sınamaq istəyən kişilərə əlbəttə bir tövsiyəmiz olacaq.
Elə bir rəftar seçin ki, qadına bu mesajı versin: "Həqiqətən xoş bir qadınsan, səninlə birlikdə olmaq istəyərəm. Amma o qədər məşğulum ki. .Etməli olduğum o qədər çox əhəmiyyətli iş var ki... Üstəlik həyatımda çox həyəcanlı şeylər də olur və onları qaçırmaq istəmirəm!"
Rolunuzu yaxşı oynaya bilsəniz bir sonrakı "eşq filmində" əsas oğlan siz ola bilərsiniz. Uğurlar!
Yazdı: Səbinə (xüsusi
www.Xazar.name
üçün)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

