İdeal cütlüyün "resept"i

4.03.2009 Yazını böyüt :       
Xazar.comDünyada boşanmaların sayının günü-gündən artdığı bir vaxtda alimlər bunun qarşısını almaq üçün vasitələr axtarışını davam etdirir.
Növbəti dəfə 3000 cütlük üzərində aparılmış tədqiqatdan sonra belə məlum olub ki, ailə quran gənclərin həyatının uğurlu alınması üçün onların ən azı 2 eyni hobbisi olmalıdır. Bu halda həmin cütlük gündə ən azı üç dəfə qucaqlaşır, bir dəfə sevgilərini dilə gətirir, hər ay ən azı 1 dəfə romantik şam təşkil edir və belə cütlüyün uzun illər birlikdə yaşamaq ehtimalı daha yüksəkdir.
  
   "İdeal nikah" axtarışı ilə aparılan araşdırma göstərib ki, bir-birinə daha çox sadiqlik nümayiş etdirənlər dostlarının vasitəçiliyi ilə tanış olmuş və tanışlıqdan ən azı 3,5 il sonra evlənmiş cütlüklərdir. Bundan başqa, "ideal nikah"ın "resept"ində deyilir: "İdeal cütlük üçün kişi qadından 2 il 3 ay böyük olmalıdır. Nikaha girmək üçün ən məqsədəuyğun yaş isə 31-dir. İlk uşağın dünyaya ailə qurulmasından 2 il 2 ay sonra gətirilməsi məsləhətdir. Bundan sonra isə ayda 2 dəfə romantik şam təşkil etmək, hər gün hətta qızğın iş şəraitində belə əlaqə saxlamaq vacibdir: gündə ən azı 3 telefon zəngi, SMS və ya məktub".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Həftə-içi

Oxunub: 1540 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 18)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər