"Titanik"in rejissoru ən bahalı film üzərində işləyir

2.04.2009 Yazını böyüt :       
Xazar.com«Titanik» filmini çəkən məşhur amerikalı rejissor Ceyms Kameron kinematoqrafiya tarixində ən bahalı film olacaq layihə üzərində işləyir.
«KMnews»un verdiyi məlumata görə, fantastika janrında çəkilən filmin adı «Avatar»dır. Filmin büdcəsi artıq 300 milyon dolları keçib. Amma layihə üzərində iş hələ də başa çatmayıb.
   Süjetə görə, planetlər arasında müharibənin veteranı bir qrup insanla bərabər uzaq Pandorra planetinə gedir və orada başqa sivilizasiyanın nümayəndələri ilə mübarizə aparır. Amma sevgi burada da qalib gəlir və baş qəhrəman özgə planetin sakini olan qadına vurulur. Ceyms Kameron filmin ssenarisini hələ 11 il öncə yazıb.
   «Avatar»ın bəzi parçalarını görən jurnalist bildirib ki, xüsusi effektlər o dərəcədə yaxşı işlənib ki, real personajları rəsmlərdən seçmək mümkün deyil.
   Kameron 22 yaşlı baş qəhrəman Cek Salli roluna çox az tanınan avstraliyalı aktyor Sem Uortinqtonu dəvət edib. «Terminal» və «Karib dənizinin quldurları» filmlərində epizodik rollarda çəkilən Zoe Sandana isə baş qəhrəmanın sevgilisini canlandırır. Çəkilişlərin böyük hissəsi Los-Anceles ətrafında və Yeni Zelandiyada aparılıb.
   Qeyd edək ki, hazırda ən bahalı film «Karib dənizinin quldurları»nın üçüncü hissəsi sayılır. Bu filmə 300 milyon dollar xərclənib. Ceyms Kameronun 1997-ci ildə çəkdiyi «Titanik» filminin büdcəsi 200 milyon dollar təşkil edib. Bu, 10 il əvvəl üçün mütləq rekord sayılırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Mədəniyyət qəzeti

Oxunub: 901 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər