Ağ atlı şahzadə bir xəyaldır

10.05.2009 Yazını böyüt :       

xazar.com40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!"
Sperma bankından aldığı spermalarla hamilə qalıb doğum edən 40 yaşındakı feminist və subay ana Laurie Gottlieb, İngilis The Times qəzetində qələmə aldığı məqaləsində ağrılı etiraflar etdi.

"Xarici dünyaya qarşı hələ də özümüzə "feminist" deyir və öz ayaqları üstündə dayanan müstəqil qadınlar olduğumuzu söyləyib dayanırıq amma əslində hamımız ənənəvi ailə üçün darıxırıq" deyə yazısına başlayan feminist yazar sözlərinə belə davam edir:

"Təbii ki bunu qəbul etməyəcək qədər qürurluyuq. Amma ətrafınızda gördüyünüz 40 yaşını aşmış tək və heteroseksüel hər qadına həyatda ən çox istədiyi şeyin nə olduğunu soruşsanız, və əgər səmimidirlərsə, heç biri sizə karier gözləntisi içində olduğunu, arıqlamaq istədiyini və ya daha böyük bir mənzil dairəsinə sahib olmağı arzuladığını söyləməyəcək. Böyük ehtimalla həqiqətən istədiyi şeyin bir ər və buna əlavə olaraq bir uşaq olduğunu etiraf edəcək."

Əsrlər boyu sürən qəlibləri qıraraq nəhayət qadınlar daha yüksək ideallara, təhsil və kariera kimi hədəflərə yönəlməyə başlayıblar. Amma nə qədər ehtiraslı və müvəffəqiyyətli olsalar da qadınlar 30 yaşlarına gəlib hələ evlənə bilmədilərsə çaxnaşma və depressiya hissinə qapılırlar.

Laurie Gottlieb öz yaşıdı subay qadınlara sadə bir tövsiyə edir: Qane olmasını bilin! Sıx bir duyğu paylaşmasını və ya qüvvətli bir ruhi cəzbetmə gözləməyin. Uşaqca gördüyünüz vərdişləri və ya xoşunuza gəlməyən tərəfləri olsa belə tapdığınız adamı "düzəltməyə" çalışmayın.


DAHA AZINA RAZI OLUN, YOXSA ƏR TAPA BİLMƏYƏCƏKSİNİZ!

"Xəyallarınızın eşqini tapıb dərin və mənalı bir əlaqəni sonsuza qədər yaşamaq xəyalınız varsa, gözünüzü açın və ətrafınıza baxın" deyir İngilis feminist yazar və həmcinslərinə "Nə qədər də çox tək və bədbəxt qadın var. Hamısı da şahzadələrini gözləyir amma şahzadə ya heç gəlməmişdir ya da artıq tərk edib gedibdir. Sizcə bu bir təsadüfdürmü?" xəbərdarlığını edir.

Laurie Gottlieb təklif etdiyi bu üsulun ən ideal həll olmadığının fərqində olduğunu ifadə etməklə birlikdə "nizamlı və etibarlı bir ailə həyatı" istəyən qadınların da getməsi lazım olan güzəştlər olacağının yadda saxlanmasını istəyir.

Yaşınız irəlilədikcə prioritetləriniz dəyişər. Romantik bir əlaqə yaşamaq xəyalinizi "ailə qurmaq" arzusuyla dəyişdirdiyinizdə kişidə axtardığınız lazım olan xüsusiyyətlər də dəyişəcək. Bəzi kişilər sizə maraqlı gəlməsələr belə yaxşı ata olurlar. Həyatınızın eşqi olmasa belə, intellektual mənada təqdir etdiyiniz bir kişi əgər sizə hörmətli də davranırsa bəlkə üstündə düşünülməyə dəyər olan bir fürsət yaxalamısınız.


Hərdənbir bəzi evli qadınlar Laurieyə qibtə etdiklərini söyləyirlər:

"Nə qədər şanslısan, uşağa xüsusi dərs aldırmaq barədə razı salmağın lazım olan bir ərin yoxdur" və ya "Çox şanslısan, seks etmək istəmədiyin bir adamla sevişmək məcburiyyətində deyilsən..." Və bu siyahı uzanıb gedir.

Laurie Gottlieb isə özünə bu cür heyranlıq sözləri söyləyən həmcinslərinə belə cavab verir:
"Yaxşı. Əgər siz bədbəxtsinizsə və mənə qibtə edirsinizsə, ərinizi tərk edin. Hətta ərinizi bəyənmirsinizsə, onu mənə göndərin.."

Söyləməyə ehtiyac yoxdur: Nə qədər bədbəxt olduğundan dəm vuran və davamlı sızlanan evli qadınların bir dənəsi belə bu təklifi qəbul etməyə yanaşmır.

Yazdı: Səbinə (xüsusi  www.Xazar.name   üçün)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Xazar.name

Oxunub: 1984 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 14)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər