Kann Kinofestivalının qalibi "Ağ lent" filmi oldu

26.05.2009 Yazını böyüt :       

Xazar.comFilm Birinci Dünya Müharibəsi zamanı təcrid olunmuş protestant alman kəndində baş verən hadisələrə həsr olunub.

Görkəmli Avstriya rejissoru Mixael Hanekenin “Ağ lent” filmi “Qızıl palma budağı”na sahib çıxaraq 62-ci Kann kinofestivalının qalibi olub. Bu, Kann festivalında altıncı dəfə iştirak edən Hanekenin ilk yüksək mükafatıdır.
Ağ qara fonda çəkilmiş film Birinci Dünya Müharibəsi zamanı təcrid olunmuş şimali alman protestant kəndində baş verən hadisələrə həsr olunub.
“Mən bu filmi totalitar cəmiyyətlərin, faşizm, fanatizm və beynəlxalq terrorizmin yaranması səbəblərini düşünərkən 10 il bundan əvvəl fikirləşmişdim”, deyə Mixael Haneke bildirib. Filmin adı isə Almaniyanın bir çox rayonlarında yeniyetmələrin xristian davranış adətlərinə riayət etmələrinin əlaməti olaraq qollarına ağ lent bağlamaları ilə bağlıdır.
Fransız rejissor Ka Odyarın “Peyğəmbər” filmi isə 62-ci Kann festivalının Qran-Pri mükafatına layiq görülüb. Bu isə festivalın ikinci mükafatı sayılır. Festivalın xüsusi mükafatı isə fransız rejissoru 86 yaşlı Alen Reneyə “Alaq” filminə görə verilib.
62-ci Kann kinofestivalının ən yaxşı qadın və kişi rollarını fransalı aktrisa Şarlotta Qenzbur və avstriyalı Kristof Valts qazanıblar. Qenzbir Lara Fon Trierin Kann festivalında “Antimükafat”a layiq görülən “Antixrist” filmində baş rolu oynayıb. Valts isə Kventin Tarantinonun “ Şərəfsiz yaramazlar” filmində faşist zabiti rolunu oynayıb.
Festivalda münsiflər heyətinin mükatlarını britaniyalı Andreal Arnoldun lentə aldığı “Akvarium” və koreyalı rejissor Park Açn-Vukun çəkdiyi “Sussuzluq” filmləri qazanıb.
Ən yaxşı ssenariyə görə mükafata Çin rejissoru Lu Enin çəkdiyi “Yaz hərarəti”, qısametrajlı film müsabiqəsində mükafata portuqaliyalı rejissor Joao Salavizanın “Arena”, “Qızıl kamera” müsabiqəsində mükafata avstraliyalı Uorvik Torntonun “Samson və Delilah” filmi, ən yaxşı quruluşa görə mükafata isə filippinli Briyante Mendosun “Kinatay” filmi layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : /ANS PRESS/

Oxunub: 320 dəfə Çap variantı
Reyting: səs verilməyib
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər