"Kurtlar Vadisi-Pusu" bu gün sezon finalı ilə mövsümü başa vurur
11.06.2009 Yazını böyüt :
İskəndər Böyük tərəfindən ölkənin baş nazirinə qarşı həyata keçirilməsi nəzərdə tutlan sui-qəsdin qarşısını alan Polad Ələmdar güllələnəcək.
Azərbaycanda da maraqla izlənən “Kurtlar Vadisi-Pusu” serialı həyəcanlı bir sezon finalı ilə mövsümü başa vurur. ANS PRESS, serialın rəsmi internet saytına istinadən xəbər verir ki, Polad Alemdar bu seriyada İskəndər Böyük tərəfindən ölkənin baş nazirinə qarşı həyata keçirilməsi nəzərdə tutlan sui-qəsdin qarşısını alır. Baş nazirin cangüdənləri tərəfindən güllələnən Poladın isə ölüb-ölməməsi hələlik sirr kimi saxlanılır. Həyəcanın pik həddinə çatdığı final seriyasında serialın pərəstişkarları bu suallara cavab axtaracaq:
Baş naziri xilas etməyə çalışan Polad Alemdarın aqibəti necə olacaq?
Polad və Memati Erhanı Cavadın əlindən xilas edə biləcəkmi?
Cavad ələ keçirdiyi Erhana nə edəcək?
Erhan yaşayacaqmı?
Serialın məhşur xarakterləri Memati, Bulud, Yıldız, Muro və Ebrunu final seriyasında hansı sürprizlər gözləyir?
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

