Alsu Bakıda rəsm sərgisinə baxacaq

30.06.2009 Yazını böyüt :       
xazar.com Məşhur estrada müğənnisi Alsu paytaxtımıza təşrif buyuracaq. Amma “Zima” mahnısıyla tanınan sənətçinin pərəstişkarlarına onun canlı ifasını dinləmək nəsib olmayacaq. Çünki Alsu burada konsert verməyəcək. Onun Azərbaycana səfərinin məqsədi rəssam Firəngiz Hüseynovanın fərdi sərgisində iştirak etməkdir. Rus müğənnisini tədbirə rəssam özü dəvət edib. Rəssamlar İttifaqından verilən məlumata görə, sözügedən sərgi iyunun 25-dən 28-nə kimi Muzey Mərkəzində keçiriləcək. “Güllərin harmoniyası” adlı sərgidə Firəngiz Hüseynovanın 70-ə yaxın rəsm əsəri nümayiş olunacaq. Qeyd edək ki, Alsunun rəsm sərgisinə dəvət olunması təsadüfi deyil. Belə ki, müğənni uşaqlıqdan rəssamlıq sənətinə böyük həvəs göstərir. Müxtəlif janrlarda tablolar çəkən Alsu hətta konsert libaslarının eskizlərini də özü cızma-qara edir. Onun Londondakı modelyeri Qulyan Steyn də həmin eskizlər üzərində səhnə geyimləri tikir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Mədəniyyət qəzeti

Oxunub: 381 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 5)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər