Maykl Cekson həkiminə 300 min dollar borclu qalıb

30.06.2009 Yazını böyüt :       
Xazar.comONUN DƏRMAN QƏBUL ETDİKDƏN SONRA DÜNYASINI DƏYİŞMƏSİ TƏKZİB OLUNUR.
POP kralı Maykl Ceksonun ölümünün ilkin səbəbləri açıqlanıb. Xəbər agentliklərinin həkimlərə istinadən verdiyi məlumata görə, müğənninin ölümünə ürək fəaliyyətinin dayanması səbəb olub.
   "Həkim gələndə Maykl Ceksonun nəbzi vururdu, bədəni isti idi, amma nəfəs almırdı". Bu sözləri mətbuata Maykl Ceksonun həkiminin vəkili Kondara Myurrey verib. O, pop ulduzun ölümündən bir neçə saat əvvəl mətbuatda dərman qəbul etməsi barədə yazılmış xəbəri də təkzib edib. Maykl Ceksonun meyidini ekspertiza edən həkimlər isə şok keçirdiklərini etiraf ediblər. Belə ki, müğənni vəfat etdiyi vaxt 51 kq çəkidə olub. Qeyd edək ki, Maykl Ceksonun meyidi ailəsinin təkidi ilə ekspertizadan keçirilib. Testlərin ilkin nəticələrinə görə, meyitdə heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Amma bəzi KİV-lər Maykl Ceksonun öldürülməsi versiyasını da istisna etmir. Ceksonun ölümü ilə barışa bilməyən valideynləri və ailə üzvləri isə hələ də şok içindədirlər. Ceksonun atası oğlunun mülkünün ailəsinə və uşaqlarına aid olduğunu deyib. Mətbuatın yazdığına görə, bu il xeyli müflisləşən Cekson gələn aydan başlayaraq 50 konsert təşkil edərək borcunun bir hissəsini qaytarmaq niyyətində idi. Lakin ölümü borcun bir hissəsinin qaytarılmasına mane oldu. Hazırda müğənninin 500 milyon dollaradək borcu var. Hətta Ceksonun öz həkiminə 300 min dollar borclu qaldığı bildirilir. Azərbaycanda da dünya pop musiqisinin kralı Maykl Ceksonun xatirə gecəsi qeyd olunub. Tədbirdə mərhumun musiqiləri səsləndirilib, klipləri nümayiş olunub və azərbaycanlı pərəstişkarları onun repertuarındakı mahnıları ifa ediblər. Pərəstişkarları mərhum sənətkarı anmaq üçün onun geyim üslubundan da istifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Üç nöqtə

Oxunub: 1000 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 11)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər