Aqil M.Quliyev yeni layihə üzərində çalışır

1.07.2009 Yazını böyüt :       
Xazar.com"HEÇ KİMƏ LAZIM OLMAYAN FİLM ÇƏKMƏKDƏNSƏ, BEŞ DƏQİQƏLİK KLİP EKRANLAŞDIRMAQ DAHA YAXŞIDIR"
KLİPMEYKER Aqil M.Quliyevin növbəti dəfə ailə qurması ilə bağlı xəbər yayılıb. Deyilənə görə, rejissor uzun fasilədən sonra subaylığın daşını atmaq qərarına gəlib. Rejissor isə ailə qurmağın zamanı çatdığını etiraf etsə də, qərarında qəti olmadığını bildirdi: "Qoy bir neçə ay keçsin və qərarımın nə qədər qətiləşdiyini məhz o zaman biləcəyəm. Ümumiyyətlə, gərək hər işi vaxtında edəsən, yoxsa sonradan adam evlənmək məsələsinə bir də qayıtmaq istəmir. Ümumiyyətlə, şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Çünki şəxsi həyat adından da göründüyü kimi şəxsidir. Amma ailə qursam, bu haqda mütləq məlumat verəcəyəm".
   Rejissor söhbət əsnasında bildirdi ki, maliyyə böhranı ilə bağlı klip qonorarının qiymətini qaldırmayıb. O, çalışdığı məkanı yenisi ilə əvəzləyib: "Hələ ki, reklam işləri ilə məşğulam. Bu yaxınlarda isə böyük bir layihə həyata keçirəcəm. Bundan başqa, Ənvər adlı bir yazarın layihəsinə qısametrajlı film formatında 10 dəqiqəlik çarx çəkəcəyik".
   Digər məsələlərə də münasibət bildirən Aqil M.Quliyev hesab edir ki, klip sənət baxımından heç də kinodan geri qalmır. Onun fikrincə, bir çox dünya şöhrətli rejissorlar məhz klip çəkməklə püxtələşiblər: "Nadanlar və təhsilsiz insanlar bunu bilməyə bilər. Dünya kinosunda sözünü demiş rejissorlar 60-70-ci illərdə klip və reklam çarxı çəkərək bu pilləyə çatan insanlardır".
   Bununla belə, rejissor düşünür ki, tamaşaçılar filmlərdən daha çox klip və reklam çarxlarına maraq göstərirlər: "Bu sahədə işləyən rejissorlar yığcam, məlumatı çatdırmaq, izləyicinin marağını oyatmaq və ən əsası, geniş tamaşaçı kütləsi üçün maraqlı məhsul hazırlamağı bacarmalıdır. Saat yarımlıq, darıxdırıcı, heç kimə lazım olmayan bir film çəkməkdənsə, camaatın məhəbbətini qazanan beş dəqiqəlik klip ekranlaşdırmaq, zənnimcə, daha yaxşıdır".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Üç nöqtə

Oxunub: 364 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər