"Hüseynin fanatları ona köməklik göstərmək istəyirlər"
1.07.2009 Yazını böyüt :
REPERİN HƏYAT YOLDAŞI SONA: "MƏN DİLƏNÇİ DEYİLƏM Kİ, ŞOU-BİZNESDƏN KİMƏSƏ AĞIZ AÇIB, PUL İSTƏYİM".ARTIQ uzun müddətdir ki, tanınmış reper Hüseyn Dərya həbsxana həyatı yaşayır. Reperin səhhəti ilə bağlı onun həyat yoldaşı Sona xanım məlumat verib. Bu illər ərzində çox çətinliklər çəkdiyini deyən Sona xanım bunları söyləyib.
"Yavaş-yavaş hər şey öz həllini tapmaq üzrədir. Hüseynin də səhhəti normaldır. O, qarşısına səhnəyə qayıtmağı məqsəd qoyub. Deyir ki, narkotikanı atıb sənətimə qayıtmaq istəyirəm".
Sona xanım həyat yoldaşından boşanması ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib: "Yalan sözdür. Mənim ondan boşanmaq fikrim yoxdur, heç olmayıb da. Sadəcə olaraq, bu problemlər təzə baş qaldıranda aramızda bir az soyuqluq olmuşdu. Bununla belə, münasibətlərimiz normal idi. Çünki evi dolandırırdı, uşağına baxırdı, ev kirayəsini verirdi, yemək-içməyimiz də öz yerində. Heç nəyimiz əskik olmurdu. Sadəcə, Hüseyn 5-6 ay "kruq"a düşdü, narkotik maddələrdən istifadə etdi. Sonra gördü ki, bunun sonu yoxdu, narkotik maddəyə aludəçilik onu uçuruma aparır. Mən də onun qarşısında şərt qoydum. Dedim ki, sən narkotikdən istifadə eləsən, ayrılacağam, uşağı da sənə göstərməyəcəm və tamamilə həyatımızdan silinəcəksən. Bəlkə də dediklərim onu qorxutdu, narkotikanı tərgitdi. Hüseyn "səhnəyə çıxıram" deyəndən sonra tutuldu. Sözün düzünü deyən insan olduğu üçün onu xoşlamırlar".
Hazırda Hüseyn Dəryanın bir neçə həmkarından dəstək gördüyünü deyən onun həyat yoldaşı bildirib ki, Hüseynin prodüseri Fuaddan və repçi Dadodan dəstək görüb. "Dado tez-tez gəlir, bizi maşınla Hüseynin yanına aparır. Problemlərimizi isə mənim və Hüseynin ailəsi həll eləyirlər. Mən dilənçi deyiləm ki, şou-biznesdən kiməsə ağız açıb, pul istəyim. Kərim dəfələrlə təklif edib ki, nəyə ehtiyacınız olsa, mənə deyin. Bunu fikirləşirlərsə, çox sağ olsunlar.
Fanatları daha çox zəng vururlar, çünki Hüseynin telefonu məndədi. Deyirlər ki, kömək eləyək, onu həbsdən azad eləsinlər".
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Ağ atlı şahzadə bir xəyaldır
Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək
Çay iflic riskini azaldır
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

