XazarNamə. > Gundem > Nadir Qafarzadə toyda döyülüb?

Nadir Qafarzadə toyda döyülüb?


1.07.2009.
Xazar.comİyunun son həftəsi müğənni Nadir Qafarzadə üçün yaman uğursuz oldu. Bu ayın toy siyahısında il ərzində ən kasıb ay kimi olması bir yana, üstəlik, «Əjdaha»nın başına xoş olmayan hadisə gəlib.
Pia.az saytı N.Qafarzadənin ötən həftənin sonunda keçirilən toy məclislərinin birində döyülməsi haqda xəbər yayıb. Hadisəyə səbəb Qafarzadənin qonaqlardan birinin sifarişini 3-4 dəfə gecikdirməsi olub.
Deyilənə görə, bəyin dostlarından biri məclisə aş verildikdən sonra əcnəbi musiqi sifariş edərək, ətrafdakı yoldaşlarıyla şənlənmək istəyib. Bu istəyinin gecikdirilməsinə görə bəyin dostu sinirlərinə hakim çıxa bilməyib və elə toy zalındaca Qafarzadəyə hücum çəkərək, ona qarşı kobudluq edib. Sonradan toy sahibləri Qafarzadədən üzr istəyib və onun məhkəməyə müraciət etməsinə mane ola bilib.
Sayt məsələ ilə bağlı Nadir Qafarzadənin özündən münasibət öyrənmək istəsək də, o, bütün müraciətləri cavabsız qoyub.