XazarNamə. > Yerli sou-biznes > Zülfiyyə Xanbabayeva turneyə çıxacaq

Zülfiyyə Xanbabayeva turneyə çıxacaq


1.07.2009.
Xazar.com"ONUN KONSERTLƏRİNİ MALİYYƏLƏŞDİRMƏK PROBLEMİ YOXDUR"
XALQ artisti Zülfiyyə Xanbabayeva uzun fasilədən sonra nəhayət ki, tamaşaçılarını ətrafına toplayıb konsert vermək niyyətindədir. Solo-konsertə hazırlaşan müğənni hazırda musiqiçi Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla birlikdə məşq edir. Müğənninin prodüseri Nigar Hacıyevanın məlumatına görə, Zülfiyyə Xanbabayeva Bakıda konsert verdikdən sonra eyni proqramla bölgələrə qastrola çıxacaq: "Onun çoxdankı arzusudur ki, rayonlara turneyə çıxsın. Xaraktercə aktiv insan olduğu üçün silsilə konsertlər vermək istəyir. Bir çox həmkarlarından fərqli olaraq, Zülfiyyə xanımın konsertlərini maliyyələşdirmək problemi yoxdur. Çünki bu işlərlə birbaşa özüm məşğulam. Həm də heç bir sponsor istedadı olmayan müğənniyə pul sərf etməz. Əgər sponsor hansısa müğənniyə külli miqdarda pul yatırırsa, əvəzində reklam olunmasını istəyir. İstedadı, səsi olmayan müğənni sponsora necə reklam gətirə bilər? Bir çox gənc ifaçılara pullar xərclənib. Amma bu gün onlar səhnədə yoxdur. Deməli, kimisə pulla müğənni eləmək olmaz. Müğənninin səsi olmalıdır".