"Şeron"un 10 yaşı tamam olacaq

3.07.2009 Yazını böyüt :       
Xazar.comQRUPUN RƏHBƏRİ ÜLVİ CƏFƏROV BU MÜNASİBƏTLƏ KONSERT VERƏCƏKLƏRİNİ BİLDİRDİ.
ÜLVİ Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu yeni mahnılar yazdırır. Daha çox yaddan çıxan və unudulmaqda olan mahnılara müraciət etdiklərini deyən Ülvi qeyd etdi ki, bu dəfə də həmin adət-ənənəni davam etdirəcəklər. Onlar Xan Hüseyn müəllimin "Səadət" adlı mahnısına yeni nəfəs verəcəklər.
   "Həmin mahnını artıq aranjeman etdirmişik, indi isə klip çəkdirməyi düşünürük. "Dənizin sahilində" adlı yeni mahnımızı da bu yaxınlarda tamaşaçıların ixtiyarına verəcəyik. Bundan başqa "Oğuz yurdu" adlı yeni albomumuzun işıq üzü görməsini gözləyirik. Çoxları bizim ifamızda "Çəkər ha" aşıq mahnısını eşidib. Bunun davamı olaraq biz bir neçə aşıq mahnısı yazdırmaq fikrindəyik. Sevinirik ki, gördüyümüz işləri hər yaş qrupunun nümayəndələri bəyənir. Yaşlı nəsil bizi aşıq və xalq mahnılarını ifa etdiyimizə görə bəyənib tanıdı. Gənclər isə müasir kompozisiyaları bəyənir. Ona görə də, biz yeni nəslə xalq mahnılarını yeni aranjemanda təqdim etməyə çalışırıq. Bir sözlə, bizim amalımız həm yaşlı, həm orta, həm də gənc nəslin zövqünü oxşamaqdır. Bunu təkcə konsertlərdə etmirik. Hətta toylarda da istənilən janrda mahnılar ifa edirik ki, toya gələn insanlar zövq alsınlar".
   Ülvinin sözlərinə görə, cari ildə həm də "Şeron" qrupunun 10 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə qrup üzvləri konsert təşkil edəcəklər: "Azərbaycanda olan digər qruplar kimi, "Şeron" qrupu da bir neçə dəfə dağılıb. Qrupun bugünkü fəaliyyəti onun nəticəsində davam edir ki, bizim üçümüz də bir-birimizlə dil tapıb birgə yaradıcılıqla məşğul oluruq. Xoşbəxtlikdən aramızda bu günədək münaqişələr yaşanmayıb. Çalışırıq ki, bir-birimizin sözünü eşidək və bir-birimizin fikirlərinə hörmətlə yanaşaq. Bəlkə də elə buna görədir ki, üçümüzün də işbirliyimiz uzun illərdir davam edir. Bu qrupun adını biz əbədi olaraq yaşatmaq istəyirik. İnanırıq ki, buna da nail olacağıq. Çünki heç birimizin solo karyeraya başlamaq fikrimiz yoxdur. Biz qrup üçün, onun adının yaşaması üçün çalışacağıq".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Üç nöqtə

Oxunub: 510 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər