Hadisə 3 gün Bakıda qalacaq
3.07.2009 Yazını böyüt :
Türkiyəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil etmiş Hadisə Açıqgöz iyulun 9-da Azərbaycana gələcək.
APA-nın məlumatına görə, müğənni üç gün Bakıda qalacaq və iyulun 10-da Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsertdə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş Aysel də səhnəyə çıxacaq. “Eurovision həyəcanı Bakıda” adı altında gerçəkləşəcək konsertin reklam çarxlarının nümayişinə başlanılıb. Bilet satışı da uğurla davam edir. Biletlərin qiyməti 20-150 manat arasındadır. Müğənni iyulun 12-də Türkiyəyə qayıdacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Ağ atlı şahzadə bir xəyaldır
Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək
Çay iflic riskini azaldır
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

