Aysel ailə qurmaq istəmir

7.07.2009 Yazını böyüt :       

Xazar.com“Evlənmək karyerama xələl gətirər”

Azərbaycanı bu ilki “Eurovison” mahnı yarışmasında təmsil edən Aysel hazırda Türkiyədədir.
Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk dəfə getdiyi ölkədə o, 20-ci Beynəlxalq Çeşmə Dəniz Şənliklərində çıxış edib.
Qəzetin suallarını cavablandıran 20 yaşlı müğənni “Eurovison” yarışmasına getmək üçün 40 namizəd arasından seçildiyini öyrənəndə çox sevindiyini açıqlayıb: “Seçilən vaxt çox sevinirdim. Çünki mən hələ uşaqlığımdan bəri səhnələrə çıxmaq xəyalını qururdum. Bu yarışma mənim karyeramın möhtəşəm bir başlanğıcıdır. Bu, hər kəsə qismət olmayan şeydir. Əvvəllər bu qədər tanınmırdım, indi isə məni Azərbaycanda milli qəhrəman kimi görürlər. Yarışmada üçüncü olduq, ancaq bu nəticə Azərbaycan üçün birinciliyə bərabər kimidir”.
Sevgilisinin olmadığını deyən Aysel “Eurovision” yarışmasından sonra çoxlu evlilik təklifi aldığını da deyib: “Hazırda ailə qurmaq barədə düşünmürəm. Əvvəlcə musiqi karyeramdır. İndi ailə qursam, karyeram başlamadan bitər. Ailə qurmaq karyerama xələl gətirər. Öncə bu işlərimi bitirim, sonra o işlərə də baxarıq. Çünki evlənmək mənim üçün əsas məsələ deyil”.
Aysel özünü gözəl saydığını da deyib: “Amma daha güzgünün qarşısına keçib “necə də gözələm” demirəm. Yarışmadan sonra mənə modellik təklif edildi, qəbul etmədim. Modellik yox, ancaq fotomodellik etmək barədə düşünə bilərəm”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Bizimyol

Oxunub: 1754 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 47)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər