Baloğlan Əşrəfov yay istirahətini Masallıda keçirəcək

7.07.2009 Yazını böyüt :       
XAzar.comO, XARİCİ ÖLKƏLƏRDƏ DİNCƏLƏN SƏNƏT ƏHLİNİ SUÇLADI.
"BİLƏCƏRİDƏN o yana çıxa bilməyən sənət əhli həmişə tamaşaçıları müəyyən yollarla aldadır. Onlar yalandan məlumat verirlər ki, guya yayda Antaliyada və digər xarici ölkələrin istirahət mərkəzlərində dincəlirlər".
   Bu barədə əməkdar artist Baloğlan Əşrəfov müğənnilərin yay istirahəti ilə bağlı sualımızı cavablandırarkən söylədi. Öz vətənində dincəlməkdən xüsusi zövq aldığını deyən müğənni Azərbaycanın dilbər guşələrinin çox olduğunu vurğuladı: "Mən Azərbaycanı xarici istirahət mərkəzlərinin heç birinə dəyişmərəm. Nə varsa, hamısı bu cahandadır. Pulunu xərcləyib, özləri üçün şərait quranda Bakı bəzi sənətçilər üçün yaxşı olur, amma dincəlmək söhbətinə gələndə pis olur? Onlar çox da özlərindən razılıq etməsinlər, çünki sənət adamlarını bu xalq, bu torpaq yaşadır".
   Baloğlan Əşrəfov bildirdi ki, dünyanın hər bir ölkəsində dincəlməyə imkanı var. Hətta lazım gəlsə, bu istirahət ona pulsuz da başa gələr. Amma o qeyd etdi ki, ata-ana yurdunu heç Amerikaya da dəyişməz. Odur ki, müğənni dincəlmək üçün məhz doğulduğu məkana - Masallıya gedəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Üç nöqtə

Oxunub: 445 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər