Rəşad Dağlı restoranda polislərlə dalaşdı

7.07.2009 Yazını böyüt :       

Xazar.comAydın Xırdalanlı: “Uqolovnik”lərdən biri Rəşadın tərəfində olub”.

İyulun 2-də Bakının Yasamal rayonundakı restoranlardan birində Azərbaycanın tanınmış meyxanaçısı Rəşad Dağlı döyülüb. Bu barədə Lent.az-a məlumatlı mənbədən bildirilib. Məlumata görə, o, məclis sahibləri tərəfindən döyülüb və olay vaxtı başqa bir meyxanaçı Aydın Xırdalanlı da orada olub.
Məsələ ilə bağlı Aydın Xırdalanlı Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini qismən təsdiqləyib. O, özünün bir qədər əvvəl orda olsa da, hadisə vaxtı artıq restoranda olmadığını, hadisənin yalnız Rəşad Dağlı ilə bağlı olduğunu deyib: “Mən meyxananı həmin restoranda Rəşadla yox, tək dedim. Sonra gedib Rəşadı yuxudan oyandırıb çağırıblar. Rəşad gələnə yaxın fikirləşdim ki, o da gələndən sonra gərək onunla deyişmə deyim, onda da vaxtım gedəcək. Fikirləşdim ki, çıxmaq lazımdır. Axır ki, imkan tapıb restorandan çıxdım. Rəşadla qapıda rastlaşdıq. Qapıda da onunla görüşdüm. Dedim gedirəm Maştağaya, gecə isə Nardaranda olacam, ora gələrsən. Sən demə, elə mən gedən kimi məclis sahiblərilə Rəşad arasında söhbət olub, nəticədə dava düşüb”.
Davanın hansı səbəbdən düşməsinə gəlincə, Aydın Xırdalanlı bunları deyib: “Rəşad restorana girəndə məclis təşkilatçılarından biri ona “ay ..., harda qalmısan, gəl çıx da” deyib. Rəşad isə deyib ki, mənimlə söyüşlə danışma. Söhbət belə olub”.
Hadisə barədə Lent.az-a məlumat verən mənbə məclis təşkilatçılarının polislər olduğunu bildirib. Aydın Xırdalanlı qeyd olunan hər iki faktı təsdiqləyib: “Həmin vaxt Rəşad tək olmayıb, prodüsseri də onunla birgə olub. Həm də “uqolovnik”lərdən biri onun tərəfində olub. Necə deyərlər, Rəşadı döyməyiblər, Rəşad döyüb”.
Qeyd edək ki, Rəşad Dağlı məsələ ilə bağlı danışmaq istəməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə : Bizimyol

Oxunub: 1169 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 20)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Ağ atlı şahzadə bir xəyaldır

Xazar Name40 yaşında bir feminist həmcinslərinə səslənir: "Daha azına razı olun, yoxsa ər tapa bilməyəcəksiniz!" >>>

Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək

Xazar NameFilmi qotik üslubda çəkmək planlaşdırılır. >>>

Çay iflic riskini azaldır

Xazar NameGündə üç stəkan qara ya da yaşıl çayın, iflic ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı bildirildi. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər