Elnarə saçlarını yenidən uzadır
7.08.2009 Yazını böyüt :
"BUNUNLA İNANMIRAM Kİ, ƏVVƏLKİ ÜSLUBUMA QAYIDIM, AXI ÖZÜMÜ CAMAATA GÜLDÜRƏ BİLMƏRƏM"."YENİ mahnılar üzərində işləyirəm, ilin sonuna kimi albom hazırlayacam. Həmçinin internet saytım yenilənir. Bir sözlə, bəzi sənətçilərdən fərqli olaraq işləyirəm. Amma deyə də bilmərəm ki, mən dünyada öz sözünü demiş sənətçiyəm. Yox, bu, mənim üçün hələ çox tezdir. Lakin bu yöndə işlər görürəm. Azərbaycan üçün nə etmək lazımdırsa, bacardığım qədər etmişəm". Bu sözləri bizimlə söhbətində Elnarə dedi. Sənət aləmindən giley-güzar edən müğənni qeyd etdi ki, sənətə 2000-ci ildə gəlib, amma o vaxtlar vəziyyət belə deyildi: "Valideynlərim məni Vaqif Gərayzadənin yanına gətirəndə indiki vəziyyətdən əsər-əlamət belə yox idi, elə olsaydı, heç məni aparmazdılar. Düzdür, həmin vaxtlarda neqativ hallar var idi. Lakin indiki səviyyədə deyildi. Onlar televiziyaya çıxarılmırdı. İndi hamı özünü dedi-qodu və qalmaqallarla reklam edir. Efirdə, mətbuatda hər şeyi göstərmək olmaz. Səmimi olmaq olar, amma sadəlövh olmaq olmaz. Ümumiyyətlə, bağlı yer saxlamalısan ki, nə vaxtsa kimlərisə maraqlandıra biləsən. Arxaya dönüb geridə qoyduğum səkkiz ilə baxanda, çəkdiyim əziyyətə, sərf etdiyim vaxta və pula, əməyə heyfim gəlir, yoxsa elə bu gün mikrofonu qoyub gedərəm və bir daha oxumaram".
Qalmaqallı verilişləri bol olan kanallara çıxmağı özünə qadağan edən Elnarə yalnız səhər proqramlarına çıxacağını bildirdi. Onun sözlərinə görə, qalmaqallı verilişlərə çıxmağı özünə yaraşdırmır: "Vaxt olub ulduz xəstəliyinə mən də tutulmuşam, ancaq çox şükür ki, bu gün bu xəstəlik məndən çox uzaqdır. Çünki səhnədə baş verənləri kənardan çaşqın vəziyyətdə tamaşaçı kimi seyr edirəm. Bu dəqiqə insanların nə istədiyini tapmaq çox çətindir".
Ötən il saçlarını kəsdirməklə imicini dəyişdirən müğənni bununla bağlı dedi ki, kəsdirdiyi saçları hələ də özündə saxlayır: "50 dərəcəyə yaxın istilər var idi. Təzə ana olmuşdum və uzun saçlar mənə mane olurdu. Ancaq saçlarımı kəsdirəndən sonra çox adam məni qınadı. Ancaq saçımı kəsdirməkdə məqsədim heç də imicimdə dəyişiklik etmək deyildi. Tənqidlərdən nəticə çıxarıb yenə də saçımı uzadıram. Amma bununla inanmıram ki, əvvəlki üslubuma qayıdım. Axı indi özümü camaata güldürə bilmərəm".
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Ağ atlı şahzadə bir xəyaldır
Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək
Çay iflic riskini azaldır
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

