Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək
7.08.2009 Yazını böyüt :
Filmi qotik üslubda çəkmək planlaşdırılır.
Hollivud aktyoru Leonardo Di Kaprio, fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılı əsasında film çəkməyi planlaşdırır. Verilən məlumata görə, film qotik üslubda olacaq. Aktyorun rəhbərlik etdiyi “Appian Way” prodüser kompaniyası filmin ssenarisini vaxtilə “Yaşıl mil” filmi üzərində işləyən Devid Lesliyə sifariş edib. Lakin nağıldan fərqli olaraq filmdə sonda baş qəhrəman ölür. Leonardo özü də bu filmdə çəkilmək niyyətindədir. Ehtimal olunur ki, canavar rolunu filmdə elə məhz aktyorun özü oynayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Ağ atlı şahzadə bir xəyaldır
Leonardo Di Kaprio "Qırmızı papaq" filmini çəkəcək
Çay iflic riskini azaldır
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

